Cənubi Koreya məhkəməsi Prezidentin həbsinə qərar verdi

Dünya

18.01.2025 23:56

1808

Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yol haqqında həbs qətimkan tədbiri seçib.

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, yanvarın 15-də Korrupsiyaya Qarşı Mübarizə Departamenti Yun Sok Yolu həbs edib.

Bu həbs 48 saata hesablanıb və bu müddət ərzində hüquq-mühafizə orqanı növbəti həbsin zəruriliyi barədə qərar verməli olub.

 

tag: Yonhap, Yun Sok Yol,Məhkəmə, Həbs, Koreya, todaypress.az,