Cənubi Koreya polisi prezident iqamətgahına hücum etdi
Cənubi Koreyada xüsusi təhqiqat qrupu keçmiş prezident Yun Sok Yola qarşı aparılan istintaq çərçivəsində prezident iqamətgahında və administrasiyada təhlükəsiz rabitə serverlərini ələ keçirməyə cəhd edib.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, prezidentin mühafizə xidməti axtarışa icazə verməyib.
Bu, aprelin 4-də Konstitusiya Məhkəməsinin Yun Sok Yolun impiçment edilməsindən sonra ilk məcburi istintaq tədbiridir.
Qeyd edək ki, polis daha əvvəl də beş dəfə serverlərə çıxış əldə etməyə çalışsa da, rədd cavabı alıb.
Türkan İsgəndərli
tag: Cənubi Koreya ,Polis ,Prezident ,Həbs ,İmtina ,todaypress.az,