Cənubi Koreya prezidenti azadlıqda

Dünya

08.03.2025 14:15

2734

Cənubi Koreyada prokurorlar üsyan ittihamı ilə həbs edilən prezident Yun Sok Yolu azad etmək qərarına gəliblər.   

TodayPress xəbər verir ki, bu barədə yerli “Renhap” agentliyi məlumat yayıb. 

Prokurorlar məhkəmənin qərarından apellyasiya şikayəti verməyib və bununla da Yolun azadlığa buraxılmasına şərait yaradılıb.   

Dövlət başçısı yaxın vaxtlarda təcridxanadan buraxılacaq.  Bundan əvvəl Cənubi Koreya prezidentinin həbsinə dair order məhkəmə tərəfindən ləğv edilib. Qərar siyasətçinin həbsindən 40 gün sonra qəbul edilib.   

Xatırladaq ki, yanvarın 26-da Cənubi Koreya prokurorları hazırkı prezidenti ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar dövlət sisteminə qarşı üsyanda ittiham edib.   

Türkan İsgəndərli

tag: Cənubi Koreya ,Lider, Həbs ,Hərbi, todaypress.az,