Cənubi Koreya prezidentinin impiçmenti təsdiqləndi
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Yun Sok Yolun bütün səlahiyyətlərini əlindən alaraq impiçmenti təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Səkkiz hakimin hamısı impiçmentin təmin edilməsinə səs verib. Lakin dövlət başçısını hakimiyyətdən uzaqlaşdırmaq üçün onlardan yalnız altısının səsi lazımdır.
Hakimlər təsdiqləyiblər ki, Yun Sok Yol nəzarəti ələ keçirmək üçün hərbçiləri parlamentə göndərməklə qanunu pozub.
Töhfə Səməd
tag: Cənubi Koreya,Prezidenti,İmpiçment,Qəbul,Todaypress.az,