Cənubi Koreya prezidentinin taleyi həll olunacaq

Dünya

01.04.2025 12:57

2547

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi istefaya gedən prezident Yun Sok Yolun işi ilə bağlı aprelin 4-də qərar çıxaracaq.   

TodayPress xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb. 

Hökm onun vəzifədən birdəfəlik uzaqlaşdırılacağını və ya hakimiyyətə qaytarılacağını müəyyən edəcək. 

Bildirilib ki, onun vəzifədən kənarlaşdırılması üçün səkkiz hakimdən ən azı altısının razılığı tələb olunur.

Əks halda o, səlahiyyətlərini bərpa edəcək. 

Qeyd edək ki, məhkəmənin qərarı müsbət olarsa, Yun Sok Yol Cənubi Koreya tarixində impiçment yolu ilə vəzifəsini tərk edən ikinci prezident olacaq. 

Türkan İsgəndərli

tag: Cənubi Koreya,Prezidenti,Yun Sok Yol,Məhkəmə,Todaypress.az,