Cənubi Koreya Rusiyanı sərhədi keçməkdə ittiham edir
Rusiya hərbi təyyarələri hava hücumundan müdafiə identifikasiyası zonasına (ADIZ) daxil olub.
TodayPress xəbər verir ki, bu barədə"Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, Yaponiya dənizi üzərində Seul tərəfindən Rusiya təyyarələri ADIZ ərazisinə daxil olub və bir müddət sonra oranı tərk ediblər.
Məlumata görə, Cənubi Koreyanın hava məkanı pozulmayıb.
Seul Rusiya təyyarələrinin hava məkanını pozmaq niyyətində olmadığına inansa da, cavab olaraq öz qırıcılarını havaya qaldırıb.
Moskva vurğulayıb ki, Cənubi Koreyanın ADIZ zonası birtərəfli şəkildə yaradılıb və beynəlxalq hüquq çərçivəsində digər ölkələr üçün öhdəlik yaratmır.
Bununla belə, Seul bu əraziyə daxil olan təyyarələrin öncədən xəbərdarlıq etməsini tələb edir.
Türkan İsgəndərli
tag: Rusiya,Cənubi Koreya,Hava məkanı,Təyayrə,Yapon dənizi,Todaypress.az,