Cənubi Koreya Şimal əsgərlərinə atəş açdı

Dünya

08.04.2025 15:32

20

Cənubi Koreya sərhəd xəttini keçən bir qrup Şimali Koreya əsgərinə xəbərdarlıq atəşi açıb.   

TodayPress xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) məlumat yayıb. 

"Bu gün Hərbisizləşdirilmiş Zonanın şərq cəbhəsində Şimali Koreya ordusunun 10-dan çox şəxsi hərbi demarkasiya xəttini pozub. Bununla əlaqədar silahlı qüvvələrimiz xəbərdarlıq edib və atəş açıb. Nəticədə Şimali Koreya qoşunları şimala qayıdıb" məlumatda deyilir. 

Əlavə olaraq vurğulanıb ki, Cənubi Koreya hərbçiləri demilitarizasiya zonasında demarkasiya xəttinə nəzarəti gücləndirib və vəziyyəti diqqətlə izləyir. 

Türkan İsgəndərli

tag: Cənubi Koreya,Şimali Koreya,Sərhəd,Pozuntu,Atəş,Todaypress.az,