Cənubi Koreya və ABŞ birgə hərbi hava təlimləri keçirdi
Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri Şimali Koreyaya qarşı potensiallarını nümayiş etdirmək məqsədilə birgə hərbi hava təlimləri keçirib.
TodayPress xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu təlimlər ABŞ-nin Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə qarşı çəkindirici vasitələrini nümayiş etdirmək və Cənubi Koreya ilə ABŞ Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətini gücləndirmək məqsədilə keçirilib” deyə nazirlik bəyan edib.
Təlimlərdə ən azı bir ABŞ-yə məxsus “B-1B” strateji bombardman təyyarəsi, “F-16” qırıcıları, eləcə də Cənubi Koreyanın “F-35A” və “F-15K” qırıcıları iştirak edib.
Qiymət Mahir
tag: Cənubi Koreya,ABŞ,Hərbi Hava Qüvvələri,Dünya,todaypress.az,