Cənubi Koreya və ABŞ Şimali Koreya sərhədində təlim keçirir
Cənubi Koreya və ABŞ hərbçiləri “Freedom Shield” adlı genişmiqyaslı təlimlər çərçivəsində Şimali Koreya sərhədi yaxınlığında desant-hücum əməliyyatlarını məşq ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərə piyada diviziyalarından 400 hərbçi və 10 texnika, o cümlədən 6 ədəd Cənubi Koreya istehsalı olan "Surion" helikopteri cəlb olunub.
Dəstələr Manqalar Paju şəhərində, Şimali Koreya sərhədindən cəmi 30 km məsafədə yerləşən poliqonda məşq ediblər.
Martın 11-də başlayan və 20 martadək davam edəcək təlimlərə 19 min cənubi koreyalı hərbçi qatılıb. Təlimlər komanda-qərargah simulyasiyaları və sahə manevrlərinə bölünüb.
Qiymət Mahir
tag: ABŞ,Cənubi Koreya,Şimali Koreya,Sərhəd,Təlim,Todaypress.az,