Cənubi Koreya xarici bankları cərimələdi
Cənubi Koreyanın Maliyyə Xidmətləri Komissiyası bir sıra beynəlxalq maliyyə institutlarını, o cümlədən “JPMorgan Chase & Co.” və “Morgan Stanley”i qısamüddətli satış (short selling) qaydalarını pozduqlarına görə cərimələyib.
TodayPress xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.
Komissiya qərarın fevralın 13-də qəbul edildiyini açıqlasa da, cərimələrin məbləği barədə rəsmi məlumat verməyib. Məlumata görə, ən böyük cərimə Yaponiya bankı “Nomura”ya tətbiq olunub – 9,8 milyard von (6,8 milyon dollar). “UBS”, “JPMorgan” və “Morgan Stanley”ə müvafiq olaraq 3,7 milyard von (2,6 milyon dollar), 1,4 milyard von (1 milyon dollar) və 1,3 milyard von (900 min dollar) məbləğində cərimə kəsilib.
Cənubi Koreya yerli şirkət səhmlərinin qısamüddətli satışına müvəqqəti qadağa qoyur, çünki tez-tez bazar dəyişkənliyini gücləndirən ticarət praktikasına nəzarət etmək üçün sistem yaratmağa çalışır. Ölkədə təminatsız qısa satış qəti qadağandır.
Qiymət Mahir
tag: Cənubi Koreya,JPMorgan,Bank,Cərimə,Dünya,todaypress.az,
