Cənubi Koreyada hava hücumu nəticəsində ölənlərin sayı artdı

Dünya

06.03.2025 11:40

1985

Cənubi Koreyaya məxsus "KF-16" qırıcılarının təlim məşqi zamanı səhvən bomba atılıb, nəticədə Poçeon şəhəri yaxınlığındakı kənddə azı 15 nəfər yaralanıb.   

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb. 

Bombalar ABŞ və Koreya Respublikasının təlim keçirdikləri atış meydançasından kənara atılıb.

Manevrlərə 160-a yaxın texnika, o cümlədən tanklar, döyüş təyyarələri və helikopterlər cəlb olunub. Sınaq poliqonu Şimali Koreya ilə sərhəddən 25 km aralıda yerləşir.   

Qeyd edək ki, sursat Poçeon şəhərinin İdonq rayonundakı Noqok kəndinin küçəsinə düşüb və bir kilsə də daxil olmaqla 7 binaya ziyan vurub.

Partlamamış hərbi sursatları zərərsizləşdirmək üçün hadisə yerinə mütəxəssislər gəlib. İş zamanı sakinlərə təxliyə göstərişi verilib.   

Koreya Respublikası Hərbi Hava Qüvvələri hadisədən təəssüfləndiyini və təzminat ödəməyə hazır olduğunu bildirib. 

Töhfə Səməd

tag: Cənubi Koreya,Qırıcı,Partlayış,KF-16,Todaypress.az,