Cənubi Koreyada hava qüvvələrinin bütün uçuşlarına qadağa qoyuldu

Dünya

20.04.2025 12:15

11

Koreya Respublikası Hərbi Hava Qüvvələri bir hücum təyyarəsinin pulemyot podlarını və boş yanacaq çənlərini itirməsi səbəbindən bütün uçuşları dayandırıb. 

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hərbi Hava Qüvvələrinin sözçüsü nəşrə bildirib ki, kəşfiyyat əməliyyatları aparan və ya döyüş növbətçiliyi ilə məşğul olanlar istisna olmaqla, bütün təyyarələrin uçuşlarına məhdudiyyətlərin tətbiqi qərara alınıb.

Bu qərar hazırda Koreya Respublikasında ABŞ-nin iştirakı ilə keçirilən genişmiqyaslı “Azadlıq Bayrağı” təlimlərinin dayandırılmasına səbəb olacaq. 

Qeyd edək ki, təlimlərə hər iki ölkədən 1100-ə yaxın hərbi qulluqçu, həmçinin 90 təyyarə cəlb olunub. Təlimlərin sabahdan sonra davam edəcəyi gözlənilir.

Töhfə Səməd 

tag: Koreya Respublikası,Hərbi Hava Qüvvələri,ABŞ,Təlim,Azadlıq Bayrağı,todaypress.az,