Cənubi Koreyada Konstitusiya Məhkəməsi üzərində uçuşlar qadağan edildi

Dünya

12.03.2025 16:00

1259

Cənubi Koreya hökuməti Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı qərardan əvvəl Konstitusiya Məhkəməsi binası üzərində bütün uçuşları qadağan edib.

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Qadağa 12 mart tarixindən qüvvəyə minir və 19 mart tarixinədək davam edəcək. Bu tədbir mümkün cinayətlərin və terror təhdidlərinin qarşısını almaq məqsədi daşıyır.

Məhkəmənin qərarının dəqiq tarixi hələ elan edilməyib.

Fövqəladə hallara reaksiya xidmətlərinə məxsus olanlar istisna olmaqla, bütün hava gəmilərinə və dronlara bu qadağalar şamil edilib.

Qadağanın 31 mart tarixinədək uzadılması imkanını nəzərdən keçirilir.

tag: Cənubi Koreya, Konsitutsiya ,Məhkəmə,Uçuş,Qadağa,Todaypress.az,