Cənubi Koreyada körpü çökdü: ölənlər var
Cənubi Koreyada avtomobil yolu tikintisi zamanı çökmə baş verib, azı üç nəfər həlak olub, altı nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Hadisə paytaxt Seulun cənubunda, Anseonq şəhərində baş verib. 50 metrlik polad konstruksiya kranla qaldırıldıqdan sonra çöküb.
Koreya Yanğından Mühafizə Agentliyi üç nəfərin həlak olduğunu, beşinin ağır yaralandığını bildirib.
Dağıntılar altında daha bir nəfərin olduğu ehtimal edilir. Xilasedicilər axtarış aparır.
Nicat Osman
tag: Cənubi Koreya,Körpü,Faciə,Uçqun,Todaypress.az,