Cənubi Koreyada meşə yanğınlarının qarşısı alındı
Cənubi Koreyanın cənub-şərqində baş verən genişmiqyaslı meşə yanğınlarının nəzarətsiz yayılması dayandırılıb.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, alovun qarşısını almaq üçün 5580 nəfərlik heyət, 86 helikopter və 569 yanğınsöndürən maşın cəlb edilib.
Yanğının tam söndürülməsinin beş-altı gün daha davam edəcəyi gözlənilir.
Yanğınlar nəticəsində azı 28 nəfər həyatını itirib, 37 nəfər xəsarət alıb.
Təxminən 38 min sakin təxliyə olunub. Ümumilikdə 48 min hektar meşə sahəsi yanaraq məhv olub.
Qiymət Mahir
tag: Cənubi Koreya,Meşə,Yanğın,Söndürülmə,Todaypress.az,