Cənubi Koreyada neft anbarı partladı

Dünya

10.02.2025 12:15

2313

Cənubi Koreyanın Ulsan şəhərində “United Terminal Korea” zavodunda neft saxlama çənində partlayış baş verib.

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb. 

Təcili yardım briqadaları dərhal hadisə yerinə çatdırılıb. 

Partlayış zamanı iki nəfərin yaralandığı bildirilib. Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün lazımi tədbirlərin görüldüyü açıqlanıb.

Yanğın mənbəyinin yaxınlığında daha beşə yaxın neft anbarının yerləşdiyi vurğulanıb.

Qeyd edək ki, partlayışın baş verdiyi “United Terminal Korea” zavodu Onsan sənaye kompleksində yerləşir. Şirkət maye yüklərin saxlanması və daşınması üçün avadanlıq istehsal edir. 

Nicat Osman

tag: Cənubi Koreya ,Ulsan,Çən,Partlayış,Todaypress.az,