Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçiriləcək
Cənubi Koreya növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Seçkilər iyunun 3-də keçirilə bilər. Tarixin bu həftə Nazirlər Kabinetinin iclasında təsdiqlənməsi gözlənilir.
Namizədlər mayın 11-dək qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, bu qərar Yun Sok Yolun vəzifəsindən kənarlaşdırılmasından sonra alınıb.
Seçkilər onun vəzifəsindən azad olunmasından sonra 60 gün ərzində keçirilməlidir.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Prezident,Seçkilər,Yun Sok Yol,Todaypress.az,