Cənubi Sudanın şimal-şərqinə aviazərbə endirildi
Cənubi Sudanın şimal-şərqindəki Yuxarı Nil
ştatının Ulanq dairəsinə aviazərbə endirilib.
TodayPress xəbər verir ki, bu barədə yerli
hakimiyyət orqanlarına istinadən “Tamazuj” radiostansiyası məlumat yayıb.
Aviazərbə nəticəsində azı bir nəfər ölüb, 12 nəfər
yaralanıb.
Hansı obyektin bombalandığı açıqlanmır.
Qeyd edilir ki, bu həftə sözügedən aviazərbə ikinci olub.
Aviazərbə Cənubi Sudan ordusu ilə Yuxarı Nildəki Ağ Nuer
Ordusu (WNA) arasında artan gərginlik fonunda qeydə alınıb.
tag: Sudan, Nil, Zərbə, Aviazərbə, Ölüm, Yaralı, todaypress.az,