Çexiya: Ukraynaya 500 min artilleriya mərmisi göndərilib

Dünya

05.05.2025 17:20

14

Çexiyanın Baş naziri Petr Fiala bildirib ki, 2025-ci ilin əvvəlindən bəri Ukraynaya beynəlxalq təşəbbüs çərçivəsində 500 min iriçaplı artilleriya mərmisi çatdırılıb. 

TodayPress xəbər verir ki, bu barədə o, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra açıqlama verib.

Fiala əlavə edib ki, Çexiya ukraynalı pilotların "L-159" tipli döyüş təyyarələrində təlimini davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, prezident Zelenski mayın 5-də Çexiyaya səfəri çərçivəsində ölkə rəhbərliyi, parlament üzvləri, müdafiə sənayesi təmsilçiləri və Ukrayna icması ilə görüşlər keçirir.

Türkan İsgəndərli

tag: Çexiya,Petr Fiala,Ukrayna,Zelenski,todaypress.az,