Çexiya Ukraynaya sursat tədarükünü davam etdirəcək
“Çexiya Ukraynaya artilleriya sursatının tədarükünə görə əlavə maliyyə vəsaiti ayırıb”.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.
Nazirin sözlərinə görə, Kanada, Norveç, Danimarka və Hollandiya bu təşəbbüsə yeni maliyyə yardımı ayırıb.
Lipavski bildirib ki, tədarüklər sentyabr ayına qədər davam edəcək.
Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bildirib ki, Avropa ölkələrinin hərbi yardımları Ukraynanın Rusiya ilə münaqişədə iştirakını davam etdirməyə imkan verəcək.
Onun sözlərinə görə, təkcə son 3 ayda müttəfiqlər Kiyevə 20 milyard avrodan çox yardım edib.
Aysel Mətləb
tag: Çexiya,Ukrayna,Sursat,Tədarük,Todaypress.az,