Çexiya XİN: “Avropa Ukrayna məsələsində sadə tamaşaçı ola bilməz”

Dünya

14.02.2025 11:56

2728

“Ukraynada nizamlanma üzrə sülh sazişinin şərtləri birbaşa Avropaya aiddir, ona görə də Qərb, sazişin bağlanmasını seyr edən sadə tamaşaçı ola bilməz”. 

TodayPress, “Politico”ya istinadən xəbər verir ki, bu fikri Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.  

“Münaqişə burada, Avropa ərazisində baş verir. Ona görə də “yanğının söndürülməsi” ilə bağlı şərtlər birbaşa bizi maraqlandırır. Avropa sadə tamaşaçı ola bilməz ” deyə diplomat bildirib. 

Töhfə Səməd


tag: Ukrayna,Çexiya,Avropa,Qərb,todaypress.az,