Çexiyada İŞİD-ə qoşulmaq istəyən gənc saxlanıldı

Dünya

24.02.2025 13:53

653

Çexiya polisi, ölkənin paytaxtı Praqada, havalimanında 20 yaşlı vətəndaşı İŞİD-ə qoşulmağa cəhd edərkən saxlayıb.

TodayPress xəbər verir ki, bu barədə "Novinky" portal məlumat yayıb.

Bildirilir ki, İŞİD üzvləri onunla "Telegram" üzərindən əlaqə saxlayaraq təşkilata dəvət edib. 

Gənc İŞİD-lə əlaqəsinin olduğunu təsdiqləyib və istintaqla əməkdaşlıq edib.

Ona 3 il həbs cəzası verilə bilər. 

Əgər məhkum əməkdaşlıqdan imtina etsəydi, bu müddətin 12 il olacağı qeyd edilib.

Nicat Osman

tag: Çexiya,İŞİD,Praqa,Gənc,Terror,todaypress.az,