Çexiyada sursat anbarında partlayış baş verdi

Dünya

25.03.2025 14:56

2012

Çexiyanın mərkəzində yerləşən Borjiny yaşayış məntəqəsində yerləşən sursat anbarında güclü partlayış baş verib. 

TodayPress xəbər verir ki, bu barədə Çexiya Radiosu məlumat yayıb. 

Hadisə yerinə 11 yanğınsöndürmə briqadası cəlb olunub. İlkin məlumatlara görə, xəsarət alanlar barədə məlumat verilməyib. 

Təhlükəsizlik məqsədilə yaxın ərazilərdən əhali təxliyə olunub. Rəsmilər bildiriblər ki, hadisə yerli sakinlər üçün təhlükə yaratmır. Hadisə bölgəsinə yaxın bir neçə yol bağlanıb. 

Qeyd olunur ki, partlayış baş verən obyekt yalnız sursat anbarı deyil, həm də iriçaplı döyüş sursatlarının istehsal olunduğu məkandır.

Bu silahlar, o cümlədən Ukraynaya göndərilən hərbi məqsədlər üçün istifadə olunur.

Həmçinin burada hərbi texnikanın təmiri və modernləşdirilməsi ilə bağlı infrastruktur da mövcuddur. 

Qiymət Mahir

tag: Çexiya,Sursat,Anbar,Partlayış,Todaypress.az,