Çilidə 5,7 maqnitudalı zəlzələ baş verdi
Çilidə 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi
Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri
təxminən 129 min nəfərin yaşadığı Kopyapo şəhərindən 139 km şimal-qərbdə,
zəlzələ ocağı isə 35 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur,
sunami təhlükəsi elan edilməyib.
tag: Çili,Avropa, Zəlzələ, Təkan, todaypress.az,