Çilidə güclü zəlzələ baş verdi

Dünya

05.05.2025 11:15

11

Çilidə güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 5,1 bal təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat yayılıb.

Zəlzələnin episentri 13 mindən çox əhalisi olan Salamanca şəhərindən 18 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 79 kilometr dərinlikdə olub.

Hazırda dağıntı və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Qiymət Mahir

tag: Çili,Zəlzələ,Təbii fəlakət,Salamanca ,todaypress.az,