Çin 2024-cü ildə Aİ-nin ən böyük tərəfdaşı olub
2024-cü ildə Avropa İttifaqı (Aİ) ölkələri Çinə 213,3 milyard avro dəyərində mal ixrac, 517,8 milyard avro dəyərində isə mal idxal edib.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin “Eurostat” statistika idarəsi məlumat yayıb.
2024-cü ildə Çin idxal baxımından Aİ-nin ən böyük, ixracatda isə üçüncü ən böyük ticarət tərəfdaşı olub.
Çindən ən böyük tədarük həcmi elektrik avadanlıqları, elektrik cihazları və komponentləri (96,8 milyard avro), telekommunikasiya və audio avadanlığı (60,9 milyard avro), ofis avadanlığı, fərdi kompüterlər və serverlər kimi məlumat emal cihazları (45,9 milyard avro) olub.
“Eurostat” qeyd edib ki, bu 3 kateqoriya Aİ-nin Çindən idxal etdiyi bütün malların 39,3%-ni təşkil edib.
Son 10 ildə Aİ-yə Çindən idxal 2 dəfədən çoxdur, Aİ-dən Çinə ixrac isə 47% artıb.
Aysel Mətləb
tag: Çin,Avropa İttifaqı,Tərəfdaş,İdxal,İxrac,Todaypress.az,