Çin ABŞ-dən idxal olunan bəzi məhsullara əlavə rüsumlar tətbiq edəcək

Dünya

04.03.2025 15:30

2003

Çin hökuməti ABŞ-dən idxal olunan bəzi məhsullara əlavə rüsumlar tətbiq edəcək. 

TodayPress xəbər verir ki, bu barədə Çinin Dövlət Şurasının Gömrük Rüsumları Komitəsi məlumat yayıb. 

Yeni qaydalara əsasən, toyuq əti, buğda, qarğıdalı və pambığa 15%, sorqo, soya, donuz və mal əti, dəniz məhsulları, meyvə, tərəvəz və süd məhsullarına isə 10% gömrük rüsumu qoyulacaq. 

Bu addım ABŞ-nin martın 4-dən etibarən Çindən idxal olunan məhsullara əlavə 10%-lik rüsum tətbiq etməsinə cavab olaraq atılıb. 

Qiymət Mahir

tag: Çin,ABŞ,Gömrük,İdxal,Todaypress.az,