Çin ABŞ ilə bağlı məhkəməyə müraciət etdi
Çin ABŞ hökumətinin tarif siyasətinə cavab olaraq Ümumdünya Ticarət Təşkilatında (ÜTT) məhkəməyə müraciət edib.
TodayPress xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, martın 3-də Vaşinqton Çin mallarına əlavə 10 faizlik tarif tətbiq ediləcəyini açıqlayıb.
Bununla əlaqədar Pekin qanuni hüquqlarını müdafiə etmək, çoxtərəfli ticarət sistemini və beynəlxalq ticarət-iqtisadi nizamı qorumaq üçün ÜTT-yə müraciət etmək qərarına gəlib.
Əvvəllər Çin məhkəməyə şikayət etsə də, nəticəsiz qalıb. Buna səbəb ABŞ-nin təşkilatın işinə mane olması, ona apellyasiya komissiyasına hakimlər seçməyə imkan verməməsi olub.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Ticarət,Məhkəmə,Todaypress.az,