Çin ABŞ ilə barışıq istəyir?

Dünya

20.04.2025 11:45

13

Çində vətənpərvərlik yüksəlişi ABŞ ilə barışığa mane olur. Bu, Çinin sədri Si Cinpinlə prezident Donald Tramp arasında razılaşmanı çətinləşdirir. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Çindəki siyasi vəziyyəti təsvir edən Sinqapur Milli Universitetinin politoloqu Ja Yan Çeong bildirib ki, bu, bir növ iki tərəfli qılıncdır.

Ekspertin fikrincə, Çin rəhbərliyi ABŞ ilə ticarət müharibəsindən birbaşa xalqı birləşdirmək üçün istifadə edir, lakin bu, iki ölkə arasında münasibətlərdə fəsadlara gətirib çıxarır. Bu şəraitdə anti-Amerika əhval-ruhiyyəsi Çin hakimiyyətini Vaşinqtonun təzyiqinə boyun əydikləri təəssüratı yaratmamaq üçün sərt mövqe tutmağa məcbur edə bilər.

Töhfə Səməd 

tag: Çin,ABŞ,Si Cinpin,Donald Tramp,Barışıq,todaypress.az,