Çin-ABŞ iqtisadi müharibəsi başlayır

Dünya

08.04.2025 11:22

22

Çinin Ticarət Nazirliyi ABŞ prezidenti Donald Trampın Çinə əlavə 50 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı hədələrinə cavab olaraq sonuna qədər mübarizə aparacağına söz verib.   

TodayPress xəbər verir ki, agentliyin nümayəndəsinin sözlərini “Sinxua” sitat gətirib. 

"ABŞ-nin Çinə tətbiq etdiyi tarifləri qaldırmaq hədəsi yanlışdır və bir daha ABŞ-nin şantaj xarakterini nümayiş etdirir. Çin bununla heç vaxt razılaşmayacaq. ABŞ təkbaşına israr etsə, Çin sona qədər mübarizə aparacaq" ölkənin Ticarət Nazirliyi qeyd edib. 

Töhfə Səməd

tag: ABŞ,Çin,Ticarət,MÜharibə,Todaypress.az,