Çin ABŞ mallarına tarifləri 125 %-ə qaldırdı
Çin hakimiyyəti Amerika mallarına idxal rüsumlarını 125 faizə qədər artırıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komitəsi bəyanat yayıb.
Qərar aprelin 12-də qüvvəyə minəcək.
Bəyanatda qeyd edilib ki, Vaşinqtonun Çin məhsullarına yüksək rüsumlar tətbiq etməsi beynəlxalq ticarət və iqtisadi qaydaları pozur.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Tariflər,Rüsum,Todaypress.az,