Çin ABŞ-ni "COVID-19"u yaymaqda günahlandırır
Çin Dövlət Şurasının İnformasiya İdarəsi koronavirusun mənşəyinə dair ABŞ-ni ittiham edən rəsmi sənəd yayıb.
TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Sənəddə qeyd olunur ki, Çin tərəfi virusun ilk dəfə ABŞ-nin Florida ştatında yayıldığına dair kifayət qədər sübuta malikdir.
Bildirilir ki, Floridada "COVID-19" ilk dəfə 2020-ci il martın 1-də qeydə alınsa da, açıq mənbələrdə virusun orada ən azı iki ay əvvəl yayılmağa başladığına dair məlumatlar mövcuddur.
Çin iddia edir ki, həmin vaxt yoluxan şəxslərin əksəriyyəti ölkədən kənara çıxmayıb və ABŞ sonradan bu faktları gizlətməyə çalışıb.
Sənəddə deyilir ki, məsələyə dair məlumatları üzə çıxaran şəxslər işdən uzaqlaşdırılıb.
Türkan İsgəndərli
tag: Çin,Korona,ABŞ,Florida,todaypress.az,