Çin ABŞ-ni məhkəməyə verdi
Çin ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan mallara rüsumları artırması ilə bağlı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) növbəti dəfə iddia qaldırıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, Vaşinqtonun əlavə tariflər tətbiq etməsi ciddi səhvdir və bir daha ABŞ-nin birtərəfli qorxusunu nümayiş etdirir.
Bildirilib ki, Çin çoxtərəfli ticarət sistemini və beynəlxalq iqtisadi və ticarət nizamını qətiyyətlə dəstəkləyəcək.
Xatırladaq ki, Çin ABŞ-ni mart ayında da məhkəməyə verib.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Məhkəmə,Tariflər,Todaypress.az,