Çin ABŞ-ni təzyiqlərə son qoymağa çağırdı
Çin Xarici İşlər Nazirliyi ABŞ-ni gömrük tarifləri və digər təzyiqlərdən əl çəkməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Quo Jiakun bildirib.
Onun sözlərinə görə, Vaşinqton Pekinlə problemi sülh yolu ilə həll etmək istəyirsə, bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında dialoqa başlamalıdır.
Çin tərəfi vurğulayıb ki, hədə-qorxu və təzyiq siyasəti nəticə verməyəcək.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Rüsum,Tarif,todaypress.az,