Çin ABŞ-ni ÜTT-yə şikayət etdi

Dünya

11.04.2025 14:19

9

Çin hakimiyyəti ABŞ administrasiyasının birtərəfli hədə-qorxu və məcburetmə siyasətinə cavab olaraq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) növbəti şikayət ərizəsi ilə müraciət edib.   

TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb. 

"ABŞ-nin tarif tədbirləri ÜTT qaydalarını ciddi şəkildə pozan və qaydalara əsaslanan çoxtərəfli ticarət sistemini, həmçinin beynəlxalq ticarət və iqtisadi nizamı pozan birtərəfli hədə-qorxu və məcburiyyətin tipik nümunəsidir" ticarət departamentinin şərhində deyilir.   

Töhfə Səməd

tag: Çin,ABŞ,ÜTT,Şikayət,Todaypress.az,