Çin: ABŞ Ukraynadakı vəziyyətdən istifadə edir

Dünya

12.03.2025 10:01

1019

"ABŞ sülhməramlı adı altında hələ də Ukrayna böhranından maksimum fayda əldə etmək istəyir". 

TodayPress xəbər verir ki, bu barədə “China Daily” qəzeti  yazıb. 

Qeyd olunub, Ukrayna və ya Yaxın Şərqdə sülh arzusu Amerika prezidenti Donald Tramp və onun tərəfdaşları üçün sadəcə bir pərdədir. Amerika hakimiyyətinə qarşı çıxan istənilən tərəfə hücum edə bilər. 

Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna  və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub. 

Görüşdən sonra Ukrayna ABŞ-nin 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. 

Türkan İsgəndərli

tag: Çin,Ukrayna,Amerika,Danışıq,Todaypress.az,