Çin ABŞ-yə yeni rüsumlar tətbiq edə bilər
Çin, ABŞ-dən kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumlar tətbiq etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb.
Məlumata görə, bu tədbirlər ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq görüləcək.
“Müvafiq tədbirlər rəsmən elan edildiyi təqdirdə və ABŞ birtərəfli tariflərin tətbiqində israr edərsə, Çin mütləq qətiyyətli və güclü əks tədbirlər görəcək” deyə vurğulanıb.
Nicat Osman
tag: Çin,ABŞ,Rüsum,Ərzaq,Todaypress.az,