Çin alimləri insanlara keçə bilən 125 yeni virus aşkar etdi
Çinin aparıcı universitetlərindən olan alimlər insanlara keçmək riski yüksək olan 125 müxtəlif virus aşkar ediblər. Onlardan 36-sı elmə əvvəllər məlum deyildi.
TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.
Bildirilib ki, virusoloqlar xəstəlik səbəbindən tələf olmuş 28 müxtəlif kənd təsərrüfatı heyvan növünü araşdırıblar. Ümumilikdə 461 fərdin orqanizmi tədqiq edilib və onların bədənində 125 virus tapılıb.
Alimlərin fikrincə, 125 virusdan 39-u həm heyvanlara, həm də insanlara keçmə riski daşıyır.
Onlardan 11-i artıq insanlarda aşkarlanıb. Xüsusilə norka və yenotabənzər itlərdə tapılan patogenlər alimlərin ciddi narahatlığına səbəb olub.
Mütəxəssislər qeyd ediblər ki, bu heyvanların intensiv yetişdirilməsi virusların digər canlılara yayılma ehtimalını artırır. Tədqiqatçılar həmçinin “HKU5” adlı koronavirusun yarasalardan norkalara keçdiyini müəyyən ediblər. Sözügedən norka fermasında əvvəllər pnevmoniya epidemiyası qeydə alınmışdı.
Bundan başqa, alimlər nutriyalarda (suda-xoruz) ilk dəfə koronavirus tapıblar. Bəzi heyvanların bədənində “krolik koronavirusu” adlandırılan yeni virus, eləcə də bir neçə başqa koronavirus növü aşkarlanıb. Alimlər bu virusların təkamülünü və insan sağlamlığı üçün potensial təhlükəsini daha ətraflı araşdırmağı planlaşdırırlar.
Qiymət Mahir
tag: Alimlər,Çin,Virus,Xəstəlik,İnsanlar,Todaypress.az,