Çin Amerika qazından imtina edir

Dünya

18.03.2025 15:42

2817

Çin Trampın tariflərinə görə 40 gündür ki, ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməkdən imtina edir.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" "Kpler" şirkətinin gəmi izləmə məlumatlarına istinadən məlumat yayıb. 

Hazırkı tədarükün kəsilməsi son iki ildə ən uzun müddət hesab olunur.

Çünki treyderlər Pekinin yanacaq tariflərindən yayınmaq üçün tədarükün digər ölkələrə istiqamətini dəyişmək məcburiyyətindədirlər. 

Pekin Vaşinqtonun bütün Çin ixracatına rüsum tətbiq etməsinə cavab olaraq fevralın 10-dan etibarən ABŞ-nin LNG tədarüklərinə 15 faizlik rüsum tətbiq edib.

Bundan sonra Amerika tədarükçüləri ilə uzunmüddətli müqavilələr bağlamış alıcılar LNG daşımalarını yenidən Avropaya satıblar.

Alıcılar ABŞ-dən yanacaq əvəzinə, Asiya-Sakit okean regionundan və ya Yaxın Şərqdən LNG alırlar. 

Töhfə Səməd

tag: Çin,Amerika,Qaz,İmtina,Todaypress.az,