Çin Avstraliyaya xəbərdarlıq etdi
Çin Avstraliyaya məxsus hərbi təyyarənin
Çinin hava məkanına qəsdən müdaxiləsi ilə bağlı Avstraliyaya ciddi narazılığını
bildirib.
TodayPress “Sinhua”ya istinadən xəbər verir ki, bu
barədə Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Ciakun
bildirib.
O bəyan edib ki, Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus
təyyarə Sişa adaları üzərində Çinin hava məkanına daxil olub və bu, Çinin
suverenliyinin pozulması, ölkənin milli təhlükəsizliyinə təhdiddir.
“Çinin təyyarəni öz hava məkanından çıxarmaq üçün atdığı
addımlar haqlı, qanuni, peşəkar və təmkinli addımlardır”XİN rəsmisi
vurğulayıb.
Diplomat, həmçinin qeyd edib ki, Çin Avstraliyaya bu
məsələ ilə bağlı ciddi xəbərdarlıq edib, qarşı tərəfdən ölkənin suverenliyinə
qəsd etməyi, Cənubi Çin dənizində sülh və sabitliyə xələl gətirən təxribat və
hərəkətləri dayandırmağı tələb edib.
tag: Avstraliya, Çin, ABŞ,Xəbərdarlıq, Təhükə, todaypress.az,