Çin “Boeing” təyyarələrindən imtina edir

Dünya

15.04.2025 19:20

14

“Pekinin qərarı ABŞ məhsullarına tətbiq edilən 125%-lik rüsumdan sonra gəldi”.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi adını açıqlamayan mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Çin hakimiyyəti ölkə daxilində fəaliyyət göstərən aviaşirkətlərə “Boeing” istehsalı olan təyyarələrin, ehtiyat hissələrinin və aviasiya avadanlıqlarının alınmasından imtina etməyi tövsiyə edib. Bu addım ABŞ ilə davam edən ticarət qarşıdurmasının növbəti mərhələsi kimi qiymətləndirilir.

Məlumata görə, bu qərar Çin tərəfindən ötən həftə elan edilən və ABŞ məhsullarına 125% həcmində tətbiq edilən cavab rüsumları fonunda verilib. “Bloomberg” qeyd edir ki, bu tariflər ABŞ-dən alınan təyyarə və ehtiyat hissələrinin qiymətini faktiki olaraq iki dəfədən çox artıraraq onların alınmasını iqtisadi cəhətdən qeyri-məqbul edir.

Pekin hazırda “Boeing” təyyarələrini lizinq əsasında istifadə edən Çin daşıyıcılarına əlavə maliyyə dəstəyi mexanizmlərini nəzərdən keçirir.

Çin aviaşirkətlərinin parkına daxil olması planlaşdırılan təxminən on “Boeing 737 Max” təyyarəsi hələ də ölkəyə qəbul edilə bilər. Çünki onların sənədləri Çin tarifləri qüvvəyə minməzdən əvvəl rəsmiləşdirilib.

Qiymət Mahir

tag: Çin,Boeing,Təyyarə,ABŞ,Rüsum,todaypress.az,