Çin bütün ABŞ məhsullarına 34% rüsum tətbiq etdi

Dünya

04.04.2025 14:46

1560

Çin ABŞ-dən idxal edilən bütün mallara 34% rüsum tətbiq edib.   

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurasının  qərarında bildirilib.     

Çin Dövlət Şurasının Tarif Komissiyası bu addımın ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olduğunu bildirib . 

"ABŞ-nin hərəkətləri beynəlxalq ticarət qaydalarına uyğun gəlmir, Çinin qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur və birtərəfli zorakılığın tipik nümunəsidir" deyə qeyd olunub. 

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp idxal rüsumlarının yeni sistemini tətbiq edib.

tag: Çin,ABŞ,Məhsullar,Rüsum,Todaypress.az,