Çin “CZ-8A” raketini orbitə buraxdı
Çin aşağı orbitli peyk qrupu ilə “CZ-8A” daşıyıcı raketini orbitə buraxıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
“WeChat” sosial şəbəkəsində bildirilib ki, uçuş Bakı vaxtı ilə saat 13:30-da Vençanq kosmodromundan (Çinin cənubundakı Haynan əyalətində) həyata keçirilib. Bu, “Long March” raketləri üçün 559-cu missiyadır.
Sözügedən peyklər “SatNet” şəbəkəsinin yaradılması planlaşdırılan ikinci kosmik gəmi qrupuna aiddir. O, dövlətə məxsus “China Satellite Network Group” tərəfindən istifadə ediləcək.
Qeyd edək ki, “CZ-8A” iki pilləli hidrogen-oksigen raketidir. Onun diametri 5,2, uzunluğu isə 50,5 metrdir. O, 9,8 ton yükü aşağı Yer orbitinə (geostasionar ötürmə orbitinə 3,5 ton) çatdırmağa qadirdir.
Pekin Ayın tədqiqi üçün nəzərdə tutulmuş meteoroloji, telekommunikasiya və naviqasiya peykləri və texnologiyalarını inkişaf etdirərək, milli kosmik proqramı fəal şəkildə inkişaf etdirir. Hökumətin dəstəyi ilə çinli mütəxəssislər asteroidlərin və Marsın tədqiqi üzrə layihələr həyata keçirirlər. Orbitdə Çin kosmik stansiyası var ki, o da beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulub.
Xatırladaq ki, 2024-cü ildə Çin 68 raket buraxılışı həyata keçirib.
Aysel Mətləb
tag: Çin ,“CZ-8A”,Raket,CASC,todaypress.az,