Çin daha 12 ABŞ şirkətinə sanksiya tətbiq etdi

Dünya

09.04.2025 16:50

16

Çin təhlükəsizlik maraqlarını qorumaq məqsədilə daha 12 ABŞ texnologiya şirkətini ixrac nəzarəti siyahısına əlavə edib.   

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi rəsmi məlumat yayıb.   

Nazirliyin açıqlamasına görə, yeni tədbirlər bu şirkətlərə şamil olunub:

“American Photonics”, “Novotech”, “Echodyne”, “Marvin Energy Company”, “Exovera”, “Teledyne Brown Engineering”, “BRINC Drones”, “SYNEXXUS”, “Firestorm Labs”, “Kratos UAS”, “Domo Tactical Communications”, “Insitu”.   

Çin tərəfi bu addımı milli təhlükəsizlik və maraqların qorunması çərçivəsində atdığını bildirib.     

Aysel Mətləb

tag: Çin,ABŞ,Şirkət,Sanksiya,Todaypress.az,