Çin dünya dövlətlərinə Ukrayna ilə bağlı çağırış etdi
Bütün maraqlı tərəflər Ukrayna
münaqişəsinin həllinə töhfə verməlidir.
TodayPress xəbər verir ki, bunu Münhen Təhlükəsizlik
Konfransında çıxışı zamanı Çinin xarici işlər naziri Van İ deyib.
O bildirib ki, Avropa bu böhranın səbəblərinin aradan
qaldırılmasında rol oynamalıdır.
Çin rəsmisi xatırladıb ki, Pekin əvvəldən münaqişənin
diplomatik yolla həllinin tərəfdarı olub.
“Güc üsulları və sanksiyalar bütün məsələləri tamamilə
həll etmək iqtidarında deyil” o qeyd edib.
tag: Çin, Nazir, Pekin,Ukrayna, Münhen, todaypress.az,