Çin dünyanın ən böyük payavurma gəmisini işə saldı

Dünya

18.02.2025 11:10

1576

Çinin inşa etdiyi və öz sinfində dünyanın ən böyük payavurma gəmisi olan “Erhan Çanqin” fevrallın 18-də səhər ölkənin şərqindəki Ciansu vilayətinin Çidun şəhərindən yola düşüb. Gəmi Hangjou körfəzi üzərində dəmir yolu körpüsünün tikintisində istifadə olunacaq. 

TodayPress xəbər verir ki, bu barədə “China Science and Technology Daily” məlumat yayıb.

Bildirilir ki, “Erhan Çanqin” hazırda Nantun-Suçjou-Ciaxin-Ninbo yüksək sürətli dəmir yolu marşrutunun əsas hissəsi olan körpünün tikinti ərazisinə doğru hərəkət edir.

Gəminin arxa hissəsində dünyanın ən hündür qazma qurğusu quraşdırılıb və o, sinfində ən böyük yükqaldırma qabiliyyətinə malikdir. Bu unikal texnologiya sayəsində “Erhan Çanqin” gələcəkdə iri dəniz limanlarının, körpülərin və dəniz külək elektrik stansiyalarının tikintisində mühüm rol oynayacaq.

Qeyd edək ki, gəmi 150 metr hündürlüyündə qazma qurğusu ilə təchiz edilib və 700 ton ağırlığında, diametri isə 7 metrə qədər olan payaları qaldırmaq imkanına malikdir.

Qiymət Mahir

tag: Çin,Gəmi,Dünya,“Erhan Çanqin”,todaypress.az,