Çin elektromaqnit raket buraxılış sistemini təqdim edəcək

Dünya

26.03.2025 14:22

1109

Çinin “Galactic Energy” şirkəti 2028-ci ildə dünyada ilk dəfə elektromaqnit texnologiyasına əsaslanan raket buraxılış sistemini təqdim etməyə hazırlaşır. 

TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Məlumata görə, sistem maqlev (maqnit levitasiya) prinsipi ilə işləyəcək və yüksək keçiriciliyə malik maqnitlər vasitəsilə raket daşıyıcısının mühərrik işə düşməzdən əvvəl səsdən sürətli hərəkətə keçməsini təmin edəcək.

Bu texnologiya həm yanacağa qənaət etməyə, həm də buraxılış zamanı yaranan səs-küyü minimuma endirməyə imkan verəcək.

Eyni zamanda, Avropa Kosmik Agentliyi (ESA) 25 mart tarixində peyk buraxılış sistemlərinin hazırlanması üzrə beynəlxalq tender elan edib.

“SpaceNews” nəşrinin məlumatına görə, müsabiqəyə ərizə qəbulu 5 mayadək davam edəcək.

Qalib şirkət ESA və tərəfdaşları üçün 2026–2030-cu illər ərzində buraxılış xidmətləri təqdim etməli və ya 2028-ci ilədək peyk buraxılış imkanlarını modernləşdirməlidir.

Layihə üçün ayrılan maksimal büdcə 169 milyon avro təşkil edir. 

Qiymət Mahir

tag: Çin,elektromaqnit ,raket ,buraxılış ,Sistemi,Todaypress.az,