Çin Ermənistana yeni səfir təyin etdi

Dünya

26.04.2025 10:45

12

Çin Xalq Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Sinvey aprelin 26-da İrəvana gəlib.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Xatırladaq ki, 10 aydan çoxdur Çinin Ermənistanda səfiri yox idi.

Səfirin vəzifəsini Çin səfirliyinin müvəqqəti işlər vəkili Çen Min icra edirdi.

tag: Çin,Ermənistan,Səfir,Təyinat,Todaypress.az,