Çin iqtisadiyyatının artım proqnozu aşağı salındı

Dünya

15.04.2025 12:56

13

“Yeni tariflər Çinin ixracatına misli görünməmiş problemlər yaradacaq”.

TodayPress xəbər verir ki, bu barədə “UBS Group” bankının analitikləri məlumat yayıb.

İsveçrənin “UBS” bankı 2025-ci il üçün Çin iqtisadiyyatının artım proqnozunu əvvəlki 4%-dən 3,4%-ə endirib. Səbəb ABŞ tərəfindən Çin məhsullarına tətbiq edilən idxal rüsumlarının ixracata mənfi təsiri ilə izah olunur.

“UBS” mütəxəssisləri bildiriblər ki, rüsumlar ölkənin iqtisadi strukturunda ciddi dəyişikliklərə səbəb olacaq və ixracatda kəskin azalma yaradacaq.

Onların hesablamalarına görə, əgər hazırkı tariflər qüvvədə qalarsa, bu, Pekinin iqtisadi stimullaşdırma tədbirlərinə baxmayaraq, Çin ÜDM-nin artım tempini 2 faiz bəndindən çox azalda bilər.

Qiymət Mahir

tag: Çin,Proqnoz,ÜDM,Pekin,todaypress.az,