Çin-İran-Rusiya nüvə üzrə danışıqlar aparacaq

Dünya

12.03.2025 17:18

1852

Çin nüvə sazişi üzrə danışıqlar üçün İran və Rusiyanı qəbul edəcək. 

TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Danışıqlar martın 14-nə təyin edilib. İclasa xarici işlər nazirinin icraçı müavini Ma Zhaoxu sədrlik edəcək.

Görüşdə Rusiyadan xarici işlər nazirinin müavini Sergey Ryabkov, İrandan isə xarici işlər nazirinin müavini Kazem Qaribabadi iştirak edəcək. 

Tərəflər İranın nüvə problemi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparacaq. 

Türkan İsgəndərli

tag: Rusiya,İran,Çin,Danışıqlar,Nüvə,Todaypress.az,